Yığmamız qələbə qazanıb
Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, "Viktoria Aschaffenburg" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Mahir Mədətov və Şahban Cəbrayılov fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə