\"Akkord\" hokkeyçiləri 4-cü dəfə çempion oldular

\"Akkord\" hokkeyçiləri 4-cü dəfə çempion oldular
Otüstü hokkey üzrə X Azərbaycan çempionatında oktyabrın 12-də yüksək dəstədə çıxış edən kişilərdən ibarət \"Akkord\" və \"Şahdağ\" (Qusar) komandaları arasında bir oyun keçirilib. Siasport.az saytı xəbər verir ki, təqvim üzrə şənbə günü üçün nəzərdə tutulan həmin matç obyektiv səbəblərə- rəqiblərin razılığına əsasən irəli çəkilib. \"Akkord\" komandasının 4-cü dəfə ölkə çempionluğunu rəsmləşdirməsi üçün həmin görüşdə1 xal qazanması da kifayət edirdi. Lakin əzəli rəqiblərin qarşılaşmasında şirkət hokkeyçiləri qızıl medalları yalnız qələbə ilə təmin etmək fikrində olublar. Baş məşqçi Feyzulla Rəhimbəyovun rəhbərlik etdiyi \"Akkord\" komandasının üstünlüyü ilə keçən matçın 18-ci dəqiqəsində çempionatın \"ən sərrast oyunçu\"su adını qazanmağa real namizəd olan Saleh Balamiyev hesabı açıb. Fasiləyə az qalmış Rauf Şükürov \"Akkord\"un 2-ci qolunu qapıdan keçirib. İkinci hissə başlayan kimi Saleh Balamiyevin vurduğu daha 1 qol isə komandasının 3:0 hesablı qələbəsini rəsmləşdirib.

Beləliklə, \"Akkord\" cari çempionatda belə yarışların başa çatmasına 1 tur qalmış ardıcıl 2-ci, ümumilikdə isə 4-cü dəfə Azərbaycan çempionu adını qazanıb.


Son tur ərəfəsində yarış cədvəlindəki vəziyyət belədir:

Komandalar

O

Q

H

M

Qollar

Xallar

\"Akkord\" (Bakı)

11

10

0

1

54-11

30

\"Atasport\" (Bakı)

10

7

0

3

41-21

21

\"Şahdağ\" (Qusar)

11

4

0

7

37-33

12

\"Gənclik\" (Sumqayıt)

10

0

0

10

5-69

0


Bütün xəbərlər Facebook səhifəmizdə