Pepe Reyna "Liverpul"un əvvəlki gücünü geri qaytaracağına inanır...
İngiltərənin "Liverpul" futbol klubunun qolkiperi Pepe Reyna, bu il əvvəki uğursuzluqları geridə qoyaraq böyük qələbələr qazanacaqlarına və "Liverpul" azarkeşlərini sevindirəcəklərinə inandığını bildirib. Siasport.az saytı xəbər verir ki, ispaniyalı əlcək ustası, klubun yeni oyunçular və baş məşqçi ilə güclü sistem yaratdığını, hazırkı heyətin "Liverpul"u uğurlara daşımağa qadir olduğunu deyib.
İngilis jurnalistlərlə söhbət edən P.Reyna, "Arsenal"ın bu il böhran keçirdiyini, "Çelsi"nin isə hələ də yeni baş məşqçi ilə istədiyi nəticəni əldə edə bimədiyini diqqətə çatdıraraq, onların bu imkandan istifadə edib Premyer Liqada mövqelərini gücləndirməyə çalışacaqlarını, ən əsası isə uzun müddətdən sonra yenidən UEFA Çempionlar Liqasına da qayıtmaq istədiklərini jurnalistlərin nəzərinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB