Anar Hacıyev: "İnanırıq ki, oyuna kimi heyətimizdə başqa bir problem olmayacaq"-AÇIQLAMA

Anar Hacıyev: "İnanırıq ki, oyuna kimi heyətimizdə başqa bir problem olmayacaq"-AÇIQLAMA

Azərbaycan Premyer Liqasının IX turunda "Qəbələ" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Siasport.az saytı xəbər verir ki, son üç turda ard-arda məğlubiyyətlə üzləşən "Qəbələ" turnir cədvəlinin yeddinci pilləsinə geriləyib. "Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Kəpəz"lə oyuna ciddi hazırlaşdıqlarını bildirib: "Oktyabrın 11-də MOİK-lə yoldaşlıq oyununda 7:1 hesabı ilə qalib gəldik. Milli komandanın düşərgəsində olan futbolçuların sabahdan etibarən məşqlərə qatılacağı gözlənilir. "Kəpəz"lə oyunun çətin keçəcəyini düşünürəm. Amma qalib gəlməyə çalışacağıq. Komandanın heyətində yalnız hücumçu Viktor Mendi zədəlidir. İnanırıq ki, oyuna kimi heyətimizdə başqa bir problem olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə