Pankration üzrə Bakı şəhər açıq kuboku keçirilib

Pankration üzrə Bakı şəhər açıq kuboku keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində pankration üzrə Bakı şəhər açıq kuboku keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda "Şotokay", "Əlbəyaxa", "Pankration" , "Şəki", "Şəmkir" , "Sumqayıt", "Turan" , "Ağstafa" , "Uechi-ryu" kimi komandaları təmsil edən idmançılar Aqon, Full-agon və Grappling növləri üzrə mübarizə aparıblar.

I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıllblar.

Bütün xəbərlər Facebook səhifəmizdə