"Qarabağ" "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir

"Qarabağ" "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir

"Qarabağ" "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Bazar günü çempionatın debütantını sınağa çəkəcək komanda dünəndən 2 hazırlığa start verib. Baş məşqçi Qurban Qurbanov "pro" kateqoriyalı məşqçi kursundan geri döndükdən sonra komanda istirahət edib.

Dünən komandanın ilk məşqi Suraxanı qəsəbə stadionunda baş tutub. Milli oyunçular məlum səbəbdən məşqdə iştirak etməyib. Dünən U-21-in düşərgəsindən dönənlərdən Tural İsgəndərov sadəcə qaçmaqla kifayətlənib. Osman Umarov və Kamil Hüseynov məşqdə iştirak etsə də, belçikalılarla oyunda zədələnərək sıradan çıxan Qara Qarayev isə çalışmadan kənarda qalıb. Qaranın durumunun o qədər də ciddi olmadığı güman olunur. Eyni zamanda dekabra qədər sıradan çıxan Emin İmaməliyev də məşqlərə qatılmır.

Komanda 2-ci məşqi Suraxanı qəsəbə stadionunda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə