Ermənilərin Bakıda rəzil olması baş məşqçinin qovulması ilə nəticələndi
Bakıda keçirilən boks üzrə dünya çempionatında uğursuz çıxış edərək yalnız bir lisenziya qazanan Ermənistan milli komandasında dəyişiklik olub. Siasport.az saytı xəbər verir ki, Ermənistan Boks Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə baş məşqçi Rafik Meqrabyan istefaya göndərilib. Mətbuat üçün açıqlamada deyilir ki, komanda Bakıya getməzdən öncə boksçuların qarşısına minimum 3 lisenziya qazanmaq tapşırığı qoyulmuşdu. Dünya çempionatında isə cəmi 1 idmançı London Olimpiadasına vəsiqə əldə etdi. İcraiyyə Komitəsinin qərarı ilə baş məşqçi postuna Karen Ağamalyan təyin olunub. Ona Fedya Aleksanyan kömək edəcək. Bakıya 8 boksçu gətirmiş ermənilər mükafatçılar sırasına düşə bilmədilər. Komandamız isə 4 lisenziya ilə yanaşı, 2 medal - 1 qızıl və 1 gümüş əldə edərək ümumkomanda hesabında 3-cü yeri tutdu. Soltan Migitinovun WSB liqasında qazandığı vəsiqəni də nəzərə alsaq, hazırda boks idman növündə 5 lisenziyamız var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB