İstanbulun "Qalatasaray" futbol klubu, əzəli rəqibi olan "Fənərbaxça"nın keçmiş futbolçusunu transfer etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, yeni mövsüm başlamamış İstanbul klubunu tərk edərək Səudiyyə Ərəbistanının "Al Sadd" klubuna transfer olunan Mamadou Niang, öz meneceri vasitəsi ilə ərəb klubunda pis günlər keçirdiyini, yenidən Türkiyəyə qayıtmaq istədiyini və "Qalatasaray"a transfer olunmağa müsbət yanaşdığını bldirib. Türkiyə mətbuatı yazır ki, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim, Milan Baroşun istədiyi oyunu göstərə bilməməsindən üzgündür və bu futbolçunun transferində israr edir. Həttda artıq "Qalatasaray" təmsilçilərinin M. Niangın meneceri Karim Aklill ilə danışıqlara başladığnı da iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB