Türkiyənin yaxın keçmişdəki ən yaxşı futbolçularından sayılan, hazırda isə bu ölkənin \"NTV\" kanalında futbol şərhçisi olaraq fəaliyyət göstərən Ridvan Dilmən, Azərbaycan-Türkiyə qarşılaşmasını şərh edərkən ciddi bir səhvə yol verib. Siasport.az saytı xəbər verir ki, R.Dilmən Türkiyənin Avropada mübarizə aparan tək klubunun \"Beşiktaş\" olduğunu deməklə, hazırda UEFA Çempionlar Liqasında mübarizə aparan və öz qrupunda lider olan \"Trabzonspor\"lu azarkeşlərin ciddi etirazı və təpkisi ilə qarşılaşıb.
Türkiyənin nüfuzlu \"Milliyet\" qəzeti yazır ki, R.Dilmən bu vəziyyətdən çıxmaq üçün öz şəxsi Twitter səhifəsində \"Trabzonspor\" azarkeşlərindən üzr istəyib. O, bunun sadəcə qarşılaşmanın həyəcanı ilə bağlı yaranan gərginlik ucbatından baş verdiyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB