Almaniya mətbuatı: "Məsut Özil Türkiyə üçün oynadı!"

Almaniya mətbuatı: "Məsut Özil Türkiyə üçün oynadı!"

Dünən öz meydanında Belçika millisini də məğlub edərək, bununla da Avro-2012 çərçivəsində keçirdiyi bütün qarşılaşmaları məğlubiyyətsiz olaraq başa vuran futbol üzrə Almaniya yığma komandasında sevinc ab-havası hökm sürürdü. Siasport.az saytı xəbər verir ki, bu sevinənlər arasında ən çox nəzərə çarpanı isə Almaniya millisnin türk əsilli futbolçusu Məsut Özil idi. Belə ki, Belçika ilə qarşılaşmadan əvvəl bütün türklərə xitabən öz meydanlarındakı sonuncu qarşılaşmadan da qələbə ilə çıxacaqları barədə söz verən Madrid "Real"ının ulduz futbolçusu, öz sözünün üstündə durdu və ilk qolu da özü vuraraq "Damarlarımda türk qanı axır" sözlərinin əbəs yerə olmadığını isbatlamış oldu. Qarşılaşmadan sonra Almaniya mətbuatına canlı efirdə açıqlamalar verən M.Özil, Türkiyənin Azərbaycan üzərindəki qələbəsinə çox sevindiyini, pleyy-offlara qatılan Türkiyə millsini də gələn il keçiriləcək Avro-2012-də görmək istədiyini dilə gətirib. Almaniya mətbuatı isə iddia edir ki, M.Özil, Almaniya millisinin qələbəsindən daha çox, Türkiyənin pley-offa çıxması üçün meydanda tər töküb.

Bütün xəbərlər Facebook səhifəmizdə