"Neftçi" yoxlama görüşündə qalib gəlib-6:0

"Neftçi" yoxlama görüşündə qalib gəlib-6:0

"Neftçi" PFK "İnter"lə oyunun hazırlığını davam etdirir. Siasport.az saytı xəbər verir ki, flaqman bu məqsədlə yoxlama görüşü keçirib. Əvəzedici heyətlə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 6:0 hesabı ilə əsas komandanın xeyrinə bitib. Qollara Rəşad Abdullayev, Araz Abdullayev, Fərid Quliyev, Elvin Musazadə və Emil Mpenza (2) imza atıblar.


Xatırladaq ki, oktyabrın 16-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "İnter" matçı saat 15:30-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə