Burak Yılmaz: "Azərilər cərimə meydançasından çıxmayınca qol vəziyyəti yaratmaqda çətinlik çəkdim"-AÇIQLAMA

Burak Yılmaz: "Azərilər cərimə meydançasından çıxmayınca qol vəziyyəti yaratmaqda çətinlik çəkdim"-AÇIQLAMA

"Səlçuk oyuna girəndən sonra bir az da hərəkətləndim. Bütün komanda yoldaşlarım məni tanıyır, amma uzun zaman bir yerdə oynadığım Səlçuk daha yaxşı tanıyır. Çox yaxşa pas verdi. Qol vurduq, qələbə qazandıq. Çox xoşbəxtəm". Siasport.az saytı xəbər verir ki, bu sözləri millimizlə oyundan sonra Türkiyə yığmasının üzvü Burak Yılmaz deyib.
Oyunun yeganə qoluna imza atan futbolçu çətinlik çəkdiyini bildirib: "Azərilər cərimə meydançasından çıxmayınca qol vəziyyəti yaratmaqda çətinlik çəkdim. Səlçuk ötürmə verəndən sonra isə qol vurdum. Bir də Hakan Balta yaxşı ötürmə verdi. İlk yarıda bir qədər alınmadı. Fasilədə Almaniya - Belçika oyununun nəticəsini öyrəndik və bir az rahatlandıq. Artıq play-offu düşünürük".


Bütün xəbərlər Facebook səhifəmizdə