Berti Foqts: "Çoxlu səhvlərə yol verdik"-KONFRANS

Berti Foqts: "Çoxlu səhvlərə yol verdik"-KONFRANS

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Türkiyə – Azərbaycan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki komandanın baş məşqçisi matç barədə fikirlərini bildiriblər. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:


Berti Foqts (Azərbaycan millisinin baş məşqçisi): "Türkiyə yığmasını pley-off-a çıxması münasibətilə təbrik edirəm. Rəqib təzyiq altında olsa da, qələbə qazanmağı bacardı.

Belə azarkeş dəstəyi altında komandamız yaxşı oynadı. Amma ötürmələrdə səhvlərə yol verirdik. Ümumilikdə, komandamdan razıyam. Yalnız ondan narazı qaldım ki, əks-hücumlara atılıb qol vura bilmədik.

Bu seçmə mərhələdən razı qalmadım. Çoxlu səhvlərə yol verdik.

Arzu edirəm ki, Türkiyə millisini final mərhələsində görək".

Qus Hiddink (Türkiyə millisinin baş məşqçisi): "Oyuna yaxşı başladıq. Rəqibin təhlükəli olmasına imkan vermədik. Rəqibə qarşılaşma ərzində heç şans verməsək də, daha çox qol vurmağımız lazım idi. Bunun üçün bəzi imkanlarımız oldu. Amma qol epizodlarının yalnız birindən istifadə etdik".

Bütün xəbərlər Facebook səhifəmizdə