Bu gün futbol üzrə Azərbaycan milli komandası Avro-2012-in seçmə mərhələsində son oyununa çıxıb. SİA-nın verdiyi məlumata görə, milli komandamız Türkiyə yığmasının qonağı olub. Oyun "Qalatasaray"ın ev oyunlarını keçirdiyi "Türk Telekom Arena"da baş tutub. Birinci hissəni yaxşı oynayan Azərbaycan millisi Türkiyə yığmasının qarşısında tab gətirə bilib. Beləliklə, oyunun ilk hissəsi qolsuz bərabərliklə bitib: 0:0
İkinci hissədə vəziyyət dəyişib. Oyunun ilk dəqiqələrindən qardaş komandanın oyunçuları üstünlüyü ələ ala biliblər. Matçın 60-cı dəqiqəsində Səlcuk İnan Burak Yılmaza uzun ötürmə verib və sonuncu bu şansı lazımınca dəyərləndirib: 1:0
Bundan sonra da oyun Türkiyə yığmasının üstünlüyü ilə davam edib. Lakin oyunda daha qol vurulmayıb. Nəticədə Türkiyə yığması Avropa Çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB