"Araz" "Barselona", "Eyndhoven" və "Xrudim" qarşı-PÜŞKATMA

"Araz" "Barselona", "Eyndhoven" və "Xrudim" qarşı-PÜŞKATMA

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raundunun püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz "Araz" klubu İspaniyanın "Barselona", Hollandiyanın "Eyndhoven" və Çexiyanın "Xrudim" komandaları ilə mübarizə aparacaq. "Araz"ın yer aldığı B qrupunun oyunları İspaniyanın Barselona şəhərində keçiriləcək. Elit-raund noyabrın 12-dən 20-dək olan müddəti əhatə edəcək.


Bütün qrupların tərkibini diqqətinizə çatdırırıq:

A qrupu

"Kayrat" (Qazaxıstan)

"Ekonomats" (Serbiya)

"Şatelino" (Belçika)

"Dinamo" (Moskva, Rusiya)

B qrupu

"Araz" (Azərbaycan)

"Barselona" (İspaniya)

"Eyndhoven" (Hollandiya)

"Xrudim" (Çexiya)

C qrupu

"Sportinq" (Potuqaliya)

"İberiya Star" (Gürcüstan)

"Tırqu-Mureş" (Rumıniya)

"Dyor" (Macarıstan)

D qrupu

"Montesilvano" (İtaliya)

"Marka" (İtaliya)

"Slov-Matik" (Slovakiya)

"Uraqan" (Ukrayna)

Bütün xəbərlər Facebook səhifəmizdə