Nurlan İbrahimov: "Milli komandanın oyunlarından sonra biz ciddi xal itkisi ilə üzləşirik"-AÇIQLAMA

Nurlan İbrahimov: "Milli komandanın oyunlarından sonra biz ciddi xal itkisi ilə üzləşirik"-AÇIQLAMA
Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ" səfərdə "Rəvan"ın qonağı olacaq. Siasport.az saytı xəbər verir ki, "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov "Rəvan"la oyuna ciddi hazırlaşdıqlarını bildirib: "Bu gündən etibarən məşqlərə başlayacağıq. "Rəvan" son iki oyunda qalib gəlib. Kifayət qədər güclü komandadır. Biz də son turlarda meydandan qələbə ilə ayrılmışıq. Bu uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Milli komandanın oyunlarından sonra biz ciddi xal itkisi ilə üzləşirik. "Rəvan"la oyunda bu halın təkrarlanmamasına çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə