Hansı klub AZAL-la yoldaşlıq matçından imtina edib?

Hansı klub AZAL-la yoldaşlıq matçından imtina edib?

"Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib "Bakılı" ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırırdıq. Lakin son anda "Bakılı" oyundan imtina etdi. Biz də öz əvəzedici heyətimizlə yoldaşlıq oyunu keçirdik". Siasport.az saytı xəbər verir ki, bu sözləri AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib. O, "Turan"la oyuna ciddi hazırlaşdıqlarını qeyd edib. E.Yusifov komandanın Tovuzdan üç xal ilə dönməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb: "Artıq təlim-məşq toplanışına da başlamışıq. Aqil Nəbiyev və Ervin Bulkunun zədəsi hələ də sağalmayıb. Müdafiəçi Robert Petrov və yarımmüdafiəçi Bronislav Arsenyeviç isə əvəzedici heyətə göndərilib. Hücumçu Elşən Məmmədov əsas milli komandanın düşərgəsindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə