"İnter" çempionla oyunun hazırlıqlarını davam etdirir

"İnter" çempionla oyunun hazırlıqlarını davam etdirir

Azərbaycan Premyer Liqasının IX turunun mərkəzi oyununda "İnter" son çempion "Neftçi"nin qonağı olacaq. Siasport.az saytı xəbər verir ki, ötən tur doğma azarkeşləri önündə "Xəzər Lənkəran"ı məğlub etməklə turnir cədvəlinin üçüncü pilləsinə yüksələn "İnter" "Neftçi" ilə səfər oyununa ciddi hazırlaşır. "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov oyunla əlaqədar bunları bildirib: "Ötən tur "Xəzər Lənkəran"la oyundan sonra futbolçulara 4 gün istirahət verildi. Oktyabrın 9-da "Şuşa" ilə keçirdiyimiz yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəldik. "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdiririk".

Qeyd edək ki, "İnter"in müdafiəçisi Volodimir Levin Azərbaycanın əsas milli komandasının, qapıçısı Səlahət Ağayev isə U-21 yığmasının heyətinə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə