Roberto Karlos Rusiya mətbuatını boykot etdi!

Roberto Karlos Rusiya mətbuatını boykot etdi!

Artıq Roberto Karlos da Rusiya jurnalistlərinə inanmır. Siasport.az saytı xəbər verir ki, Mahaçqalanın "Anji" futbol klubunun 38 yaşlı futbolçu-məşqçisi, Stiven Cerrard, Nikola Anelka və Robin van Persi kimi ulduz futbolçuları qış transfer dövründə komandanın heyətinə qatacaqları ilə bağlı rus mətbuatında onun adından verilən informasiyalardan əməllicə qəzəblənib. Məşhur brazliliyalı futbol ulduzunu narahat edən əsas məqam isə, onun daha çox "Anji"nin əsas söz sahibi kimi təqdim olunmasıdır. R.Karlos rəsmi şəkildə bildirib ki, bundan sonra Rusiya mətbuatına bir kəlmə də olsun açıqlama verməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə