Elnur Abdulov: "Baş məşqçinin əvəzedici heyətin oyunçularına şans verməsi gələcəkdə əsas heyətə namizədləri seçmək baxımından bizə lazım idi"-AÇIQLAMA
"Çempionatdakı fasilədən istifadə etmək istədik və yoldaşlıq oyunu keçirdik. Bu, sadəcə bir yoldaşlıq oyunu idi. "Neftçi"ilə vacib oyun öncəsi bu bizim xeyrimizə oldu". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Şuşa" klubu ilə yoldaşlıq oyunundan sonra "İnter"in oyunçusu Elnur Abdulov deyib.
"İnter" yoldaşlıq oyununda 1:0 hesablı qələbə qazandı və "bankirlər"in yeganə qoluna Elnur imza atdı. Gənc futbolçu klubun azarkeş saytına açıqlamasında oyunla bağlı fikirlərini bildirib: "Oyun normal keçdi. Baş məşqçinin əvəzedici heyətin oyunçularına şans verməsi gələcəkdə əsas heyətə namizədləri seçmək baxımından bizə lazım idi. "Neftçi" ilə oyunda qalib gəlmək və xal ehtiyatımızı artırmaq istəyirik. Azarkeşlərimiz bizdən bunu gözləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB