"Xəzər Lənkəran"ın cüdoçusu Dünya Kubokunun qalibi oldu

"Xəzər Lənkəran"ın cüdoçusu Dünya Kubokunun qalibi oldu
Bakıda keçirilmiş cüdo üzrə Dünya Kubokunun mükafatçıları sırasında "Xəzər Lənkəran" FK nəzdində fəaliyyət göstərən İdman Klubunun təmsilçisi də yer alıb. Siasport.az saytı xəbər verir ki, 60 kq çəki dərəcəsində dünya miqyaslı yarışda qüvvəsini sınayan Vüqar Şirinli ölkəmizin və klubun aktivinə medal yazdırmağa müvəffəq olub. Gənc olmasına baxmayaraq idmançımız məşqçilərin etimadını yüz faiz doğruldub, bütün rəqiblərini məğlub etməyi bacarıb və turnirin qızıl medalına sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə