Bu gün İstanbulda Türkiyə və Azərbaycan yığmaları arasında keçiriləcəyi "Türk Telekom Arena"da gözlənilməz hadisə baş verib. Siasport.az saytı lent.az-a istinadən xəbər verir ki, güclü külək səbəbindən arenanın tavanından 8 metr dəmir parçası qopub və stadiona düşüb. 40 metr hündürlükdən düşən lövhə texniki heyət tərəfindən ərazidən uzaqlaşdırılıb.
Hadisədən sonra stadionun sahibi olan "Qalatasaray" futbol klubu tikinti işlərini həyata keçirmiş "TOKİ" şirkətinə şikayət edib.
Qeyd edək ki, Türkiyə və Azərbaycan yığmaları arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək son oyun Bakı vaxtı ilə saat 22-də başlayacaq

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB