İntizam Komitəsi Vaqif Cavadovun məsələsinə komandanın toplanışı başa çatandan sonra baxacaq
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı icasda qəbul olunmuş qəraraları nəzərinizə çatdırır:
8 oktyabr 2011-ci il, 2011/2012 mövsümündə Azərbaycan I divizionunun V turunun "Qaradağ Lökbatan" – "Şəmkir" matçında "Qaradağ Lökbatan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
Oyunun 24-cü dəqiqəsində "Şəmkir" klubunun məşqçisi Vüqar Əliyev hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 100 (bir yüz) manat cərimə olunur (maddə 63).
8 oktyabr 2011-ci il, 2011/2012 mövsümündə Azərbaycan I divizionunun V turunun "Karvan" – "Lokomotiv" matçının 66-cı dəqiqəsində "Lokomotiv" klubunun 2 №-li futbolçusu Orxan Əsədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).
8 oktyabr 2011-ci il, 2011/2012 mövsümündə Azərbaycan I divizionunun V turunun "Həkəri" – "Şahdağ" matçının 80-cı dəqiqəsində "Şahdağ" klubunun 24 №-li futbolçusu Sina Nəcəfian sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).
9 oktyabr 2011-ci il, 2011/2012 mövsümündə Azərbaycan I divizionunun V turunun "Energetik" – MOİK matçında "Energetik" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
Oyunun 90+4-cü dəqiqəsində "Energetik" klubunun 41 №-li futbolçusu Zamir Cəlilov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).
9 oktyabr 2011-ci il, 2011/2012 mövsümündə Azərbaycan I divizionunun V turunun "Neftçala" – "Tərəqqi" matçının 89-cu dəqiqəsində "Tərəqi" klubunun inzibatçısı Ceyhun Məmmədov hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldılğı üçün inzibatçı 5 oyunluq cəzalanır, klub 500 (beş yüz) manat cərimə olunur (maddə 42.4).
Oyunun 90+1-ci dəqiqəsində "Tərəqqi" klubunun 6 №-li futbolçusu Rövşən Vəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunuluq cəzalanır, klub 400 (dörd yüz) manat cərimə olunur (maddə 42.3).
9 oktyabr 2011-ci il, 2011/2012 mövsümündə Azərbaycan I divizionunun V turunun "Bakıllı" – "Göyəzən" matçının 73-cü dəqiqəsində "Göyəzən" klubunun məşqçisi Elxan Muradov hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 100 (bir yüz) manat cərimə olunur (maddə 63).
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Avstriya oyunundan sonra heç bir səbəb göstərmədən milli komandadan ayrılan Vaqif Cavadovun məsələsinə komandanın toplanışı başa çatandan sonra baxılacaq. İntizam Komitəsi bu məsələ ilə bağlı milli komandanın baş inzibatçısının tam məlumatını aldıqdan sonra öz qərarını verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB