İstanbulun "Qalatasaray" futbol klubunun çexiyalı ulduz futbolçusu Milan Baroş yol üstədir. Siasport.az saytı xəbər verir ki, son günlər baş məşqçi Fatih Terimin etimadını heç cürə doğrulda bilməyən çexiyalı futbolçu, artıq özünə başqa klub axtarmalı olacaq. Belə ki, qış transfer dövründə komandanın hücum xəttini daha da gücləndirməyi düşünən "Qalatasaray" rəhbərliyi, baş məşqçinin də razılığı ilə M.Baroşu qış transfer dövründəcə satışa çıxarmağa qərar verib. Türkiyə mətbuatı yazır ki, M.Baroşun xidmətində daha çox Rusiya futbol klubları maraqlıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB