“Rabitə” Klublararası Dünya Çempionatında Tailandın “Çang” klubu ilə qarşılaşacaq
Qətərdə keçirilən voleybol üzrə (qadınların) Klublararası Dünya Çempionatında Azərbaycanı ölkə çempionatının birincisi, Çempionlar Liqasının gümüş mükafatçısı olan "Rabitə" voleybol klubu təmsil edir. Siasport.az saytı xəbər verir ki, dünya çempionatında milli yığma komandamız iştirak etsə də, klublar arasında \"Rabitə\" ilk klubumuzdur ki, ölkəmizi Klublararası Dünya Çempionatında təmsil edir.
B qrupunda mübarizə aparan komandamızın rəqibləri Brazilyanın "Sollys Osasco Nestle" və Tailandın "Çang" klublarıdır. Bu gün Rabitəçilər ilk dəfə olaraq Tailandın "Chang" klubu ilə qarşılaşacaq. Nəzərinizə çatdıraq ki, "Sollys Osasco Nestle" və "Çang" klubu 9 oktyabrda qarşılaşıb. Qalib gələn tərəf isə Brazilyanın "Sollys Osasco Nestle" klubu olub (3-1).
"Klublararası Dünya Çempionatının" A qrupunda isə "Vakıfbank Günəş Telekom" (Türkiyə), "Mirador" (Dominikan Respublikası) və "Kenya Prisons" (Keniya) klubları mübarizə aparır.
Keçirilən oyunların nəticələri və təqvim:
8 oktyabr. (A) "Vakıfbank Günəş Telekom" (Türkiyə) – "Mirador" (Dominikan Respublikası) – 3:0 (25:13, 15:19, 25:14)
9 oktyabr.(B) "Sollis Osasco Nestle"(Braziliya)-"Çanq" (Tailand)-3:1(25:17, 25:21, 24:26, 26:24)
10 oktyabr. (A) "Kenya Prisons" (Keniya) - "Mirador" (Dominikan Respublikası)-2:3 (25:20, 25:20, 20:25, 24:26, 7:15)
11 oktyabr 17:00
(B) "Rabitə" (Azərbaycan)-"Çanq"(Tailand)
12 oktyabr
(B)17:00 "Sollis Osasco Nestle"(Braziliya-"Rabitə" (Azərbaycan)
(A) 19:00 "Vakıfbank Günəş TTelekom" (Türkiyə) –"Kenya Prisons" (Keniya)
YARIMFİNAL
13 oktyabr
12:00. A1-B2
19:00. B1-A2
14 oktyabr
12:00. III və IV
19:00. Final
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB