Bu gün 19 yaşlı futbolçularımız İtaliya komandası ilə qarşılaşacaqlar

Bu gün 19 yaşlı futbolçularımız İtaliya komandası ilə qarşılaşacaqlar

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində yığmamız bu gün son oyununu keçirəcək. Siasport.az saytı xəbər verir ki, komandamız İtaliya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, yığmamız qrupda keçirdiyi ilk oyunda İsveç komandasına 1:0 hesabı ilə qalib gəlib, növbəti qarşılaşmada isə rumıniyalı həmyaşıdlarına 0:3 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə