Polis futbolçunu və xanımını niyə saxladı?

Polis futbolçunu və xanımını niyə saxladı?
Səudiyyə Ərəbistanının dini polisi Kolumbiya futbolçusu Xuan Pablo Pinonun əyinində qolsuz köynək olduğuna görə ticarət mərkəzində onu və xanımını saxlayıb. Siasport.az saytı xəbər verir ki, "Əl-Nasir" klubunda çıxış edən kolumbiyalı Ər-Riyadın ticarət komplekslərindən birində hamilə həyat yoldaşı ilə birlikdə alış-veriş edirmiş. "Sharq Arabic Language" qəzeti yazır: "Dini polisin əməkdaşları onu və arvadını zorla maşına oturtdub və "Əl-Nasir"in nümayəndələrini gözləyiblər. Klubun nümayəndələri gəldikdən sonra münaqişə həll olunub. Qısa müddətə saxlanılmış Pino və onun arvadı klubun əməkdaşlarına təhvil veriliblər. Cümə günü baş vermiş münaqişədən sonra Pinonun arvadı yarımmüdafiəçidən ölkəni tərk etməyi tələb edib. Klub baş məşqçidən və onun arvadından Pinonun arvadını fikrini dəyişmək üçün inandırmağı xahiş etsə də, bu cəhdlər boşa çıxıb".
Türkiyənin "Qalatasaray" komandasında oynayan yarımmüdafiəçi bu ilin yayında "Əl-Nasir" klubuna keçib. 24 yaşlı yarımmüdafiəçi bir neçə mövsüm "Monako"da oynayb.

Bütün xəbərlər Facebook səhifəmizdə