Parks Braziliyaya qarşı

"Bakı" futbol klubu və Kosta Rika milli komandasının hücumçusu Uinston Parks Braziliya milli komandasına qarşı oyunda 64 dəqiqə meydanda oldu. Siasport.az saytı xəbər verir ki, Kosta Rika-Braziliya qarşılaşmasına əsas heyətdə çıxan Parksın komandası 59-cu dəqiqədə braziliyalı Neymar Da Silvanın vurduğu yeganə qolla meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.


Braziliya televiziyası ilə canlı yayımlanan oyun zamanı şərhçi Parksın Azərbaycanın iddialı klublarından biri olan "Bakı"da oynadığını və meydanda yaxşı təsir bağışladığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə