Berti Foqts: "Nə qədər ki, mən baş məşqçiyəm, Vaqif Cavadov yığmada olmayacaq"-KONFRANS

Berti Foqts: "Nə qədər ki, mən baş məşqçiyəm, Vaqif Cavadov yığmada olmayacaq"-KONFRANS
Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqts Türkiyə ilə oyundan öncə qardaş ölkədə mətbuat konfransı keçirib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Türkiyə ilə oynamağın şərəfli olduğunu bildirib: "Mən Türkiyədə belə komandaya qarşı oynayacağımız üçün çox şadam. Bu, böyük şərəfdir. Hesab edirəm ki, Türkiyə Azərbaycan üçün böyük nümunədir. Təəssüf ki, bizim bəzi problemlərimiz var. Avstriya ilə son oyunda 70 dəqiqə azlıqda oynadıq və nəticədə məğlub olduq. Amma oyunçularımızın durumu yaxşıdır".


Almaniyalı həmçinin qısa zaman kəsiyində ardıcıl oyun keçirməyin də yığmamız üçün çətin olduğunu vurğulayıb: "Azərbaycan çempionatında böyük problem var. Biz 3-4 gündən bir oynamağı bacarmırıq. Amma komandam futbol oynamağı bacarır. Sadəcə, oyunumuz o qədər də sürətli alınmır".

Problemlərdən danışarkən, Foqts bunları dilə gətirib: "Hazırda əsas hücumçumuz Rauf Əliyev komandada yoxdur ki, bu da bizim üçün çox pisdir. Biz başa düşməliyik ki, Türkiyə də təzyiq altında oynayacaq".

Baş məşqçi Vaqif Cavadovla bağlı yaranan qalmaqal haqqında da danışdıb: "Vaqif öz komandasına, öz ölkəsinə kömək etmədi. Nə qədər ki, mən baş məşqçiyəm, o, yığmada olmayacaq. Bu, bir-iki matç da ola bilər, dörd il də. Amma Vaqif dəqiq yığmada olmayacaq".

B.Foqts yığmamızın sona kimi mübarizə aparmaq gücündə olduğunu deyib: "Biz burda göstərmək istəyirik ki, qardaş ölkə yığması da bizim necə inkişaf etdiyimizi görsün. Əgər bütün oyunboyu müdafiə olunsaq, heç nəyə nail ola bilməyəcəyik. Hücum etmək lazımdır. Ən azı ona görə ki, bizim itiriləsi heç nəyimiz yoxdur. Türklər isə təzyiq altındadılar. Türkiyənin zəif cəhəti yoxdur. Bakıda onlar onca dəqiqə arxayınlaşdılar və biz qol vurduq. Heyəti artıq müəyyənləşdirmişəm, amma deməyəcəm. Sadəcə onu deyə bilərəm ki, Raufla Vaqif hücumda olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com