Mahir Şükürov: \"Türkiyə yığmasının millimizə yuxarıdan aşağı baxmağı bizə təsir edir\"-AÇIQLAMA
"Biz Türkiyə yığmasına evdə qalib gəlmişik. Ancaq bu dəfə səfərdə oynayacağıq və qalib gəlməyəcəyimizi heç kim deyə bilməz. Futbolda hər şey olur". Siasport.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə milli komandasının futbolçusu Mahir Şükürov deyib. Cəzasını başa çatan yığmamızın vitse-kapitanı Avro-2012-in seçmə mərhələsində sabahkı ev oyununda meydana çıxa biləcək. Avstriya ilə ev oyununda bu imkandan məhrum olan sağ cinah müdafiəçisi "ay-ulduzlular"ı üstün tutmayıb: "Türkiyə yığmasının Bakı ilə müqayisədə güclü oynayacağını düşünmürəm. Biz də onun Avropa çempionatına çıxmağını istəsək də, onlar belə oyunla uğur qazana bilməz. Türkiyə yığmasının millimizə yuxarıdan aşağı baxmağı bizə təsir edir. Fikrimcə, onlar evdə Almaniyaya qalib gəlməli idilər. Əgər buna nail ola bilmirlərsə, onlara Avropa çempionatında çətin olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB