İstanbulun "Qalatasaray" futbol klubu, həftənin sonunda "Türk Telekom Arena"da "Bursaspor"la qarşılaşmanın hazırlıqlarına başlayıb. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun 57 yaşlı baş məşqçisi Fatih Terim, "timsahları" məğlub etmək üçün xüsusi plan hazırlayıb. Türkiyə mətbuatının yazdığına görə, "imperator" ləqəbli tanınmış türk məşqçinin, Bursa təmsilçisinin İstanbulda darmadağın olunmasını nəzərdə tutan taktiki planında, Milan Baroş, Sərvət Çətin, keçmiş "Bursaspor"lu Sərcan Yıldırım, xorvatiyalı Uşfaliusus, Səlçuk Ünal, braziliyalı Melo və uruqvaylı qapıçı Fernando Muslera əsas yer tuturlar. "Qalatasaray"ın yeni mövsümün ilk sınaqından "5" qiymətlə çıxması üçün F.Terim, komandanın bütün gücünü səfərbər edib. Əgər "cim bom" ilk imtahandan yaxşı çıxa bilsə, heç şübhəsiz ki, bu komandanın psixoloji durumunu çox yüksək səviyyəyə çatdıracaq və sonrakı qarşılaşmalarda "Qalatasaray" rəqibləri üçün əsas maniəyə çevriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB