"İnter" komandası yeni futbolçu ilə müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, bu, seneqallı yarımmüdafiəçi İbrahima Niassedir. 23 yaşlı futbolçu ötən mövsümü İsveçrənin "Ksamaks" klubunun heyətində keçirib.
Qeyd edək ki, "İnter"in sıralarına azad agent statusu ilə qatılan oyunçu ilə növbəti ilin yanvar ayınadək müqavilə imzalanıb. Anlaşmanın müddətinin uzadılması mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB