10-12 oktyabr 2011-ci il tarixdə Dağıstan Respublikasının Xasavyurt şəhərində sərbəst güləş üzrə Qitələrarası Kubok beynəlxalq turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız da bu turnirdə iştirak edəcək.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Xasavyurda Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Emin Əzizov (66 kq), Aleksandr Qostiyev (74 kq), Novruz Temrezov (84 kq), Hacı Əlicanov (96 kq) və Əli İsayev (120 kq) yollanıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev ölkəmizi təmsil edəcək. Olimpiya kateqoriyalı hakim Hicran Şərifov isə, beynəlxalq turnirdə FİLA (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası) nümayəndəsi kimi iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB