Bakıda, "Sərhədçi" İdman Olimpiya Mərkəzində 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakterli cüdo üzrə kişilər arasında Dünya Kuboku yarışları başa çatıb. Siasport.az saytı xəbər verir ki, sonuncu olaraq tatamiyə 100 kiloqramdan yuxarı çəki dərəcəsində olan idmançılar çıxıblar. Misir təmsilçisi İslam əl Şahabi yarımfinalda rusiyalı idmançı Aslan Kambiyevi məğlub edərək həlledici mərhələyə yüksəlib. Finalda tunisli Faikal Caballahla görüşən Misir cüdoçusu rəqibinə çətinliklə də olsa, qalib gələrək Dünya kubokuna sahib olub.
Qeyd edək ki, gərgin və maraqlı keçən bu yarışda Azərbaycan idmançıları Vüqar Şirinli (60 kq), Tərlan Kərimov (66 kq), moldovalı Viktor Skvortov (73 kq), Rusiya təmsilçisi Arsen Pşmakov (81 kq), Serbiya idmançısı Dimitri Gerasimenko (90 kq), Gürcüstan cüdoçusu Levan Zorzoliani (100 kq) və 100 kiloqramdan yuxarı çəki dərəcəsində Misir təmsilçisi İslam əl Şahabi Dünya kubokunun qızıl medallarına sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB