Avro-2012 çərçivəsində İstanbulda Almaniya millisinə uduzan Türkiyə yığmasına təkcə qardaş ölkədə yaşayan türklər üzülməyib. Siasport.az saytı xəbər verir ki, qardaş ölkənin məğlubiyyətinə, Almaniya millisinin forvardı Məsut Özil də üzülüb. Belə ki, qarşılaşmadan sonrakı gün Türkiyə mətbuatına açıqlama verən Madrid \"Real\"ının ulduz futbolçusu, Türkiyə üzərində qələbəyə, Almaniya millisinin üzvü olaraq sevindiyini, eyni zamanda həm də bir türk olaraq çox üzüldüyünü dilə gətirib: \"Sözsüz ki, İstanbuldakı qələbə bizim üçün məğlubedilməzlik seriyamızı davam etdirmək baxımından çox vacib idi. Biz buna nail də olduq. Amma damarlarımda bir türk qanı axır. Doğma vətənimin komandasının məğlubiyyəti məni də üzdü. Amma əminəm ki, Türkiyə bizimlə birlikdə qrupdan çıxacaq\"-deyə M.Özil fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB