"Beşiktaş" yanvarda Qutiyə qapını göstərəcək

"Beşiktaş" yanvarda Qutiyə qapını göstərəcək
İstanbulun "Beşiktaş" futbol klubu, ispaniyalı ulduz futbolçusu Quti Fernandezlə yollarını ayrımağa qərar verib. Siasport.az saytı xəbər verir ki, son vaxtlar saymazyana hərəkətləri və klubun nizam-intizamına qarşı addımlar atması, onun "qara qartal"ın portuqaliyalı baş məşqçisi Karvahalın "qara siyahısı"na düşməsi ilə sonunclanıb. Artıq Türkiyə Superliqasının yeni mövsümdəki son 5 qarşılaşmasında bir dəfə də olsun meydanda olmayan, baş məşqçi tərəfindən "Persona Non Qrata" elan olunaraq İstanbul klubunun ilk 11-liyindən uzaqlaşdırılan Quti, qış transfer dövründə komandadan qovulacaq. Bu barədə Türkiyənin nüfuzlu idman nəşrləri ardıcıl yazmağa başlayıblar. Türk mətbuatını bu qənaətə gətirən əsas amil, ispaniyalının artıq İstanbul klubu üçün dözülməz həddə gəlməsi, bu azmış kimi isə onun gənc futbolçular üçün çox pis nümunə olmasıdır. "Beşiktaş" rəhbəliyi, görünür "Ziyanın yarısından qayıtmaq da xeyirlidir" kəlamını əsas gətirərək, ipə-sapa yatmayan ispaniyalıdan canını qurtarmaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə