“Bakı” “Aruji Anorthosis” komandasını məğlub edib

“Bakı” “Aruji Anorthosis” komandasını məğlub edib

Qadın voleybol klubları arasında Çellenc kuboku yarışlarının birinci turunun cavab oyunları keçirilib.Siasport.az saytı xəbər verir ki, Bakı İdman Sarayında "Bakı" klubu Kiprin "Aruji Anorthosis" komandası ilə qarşılaşıb. Ukraynalı baş hakim Medved Mixaylonun idarə etdiyi oyun "Bakı"nın 3:0 (25:10, 25:9, 25:16) hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan komandası Çellenc kuboku yarışlarının növbəti mərhələsinə vəsiqə qazanıb.

İkinci turda "Bakı"nın rəqibi Fransanın "Evreux" komandası olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə