Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində 1995-1996-cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan- roma güləşi üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.
Yarışda sərbəst güləş üzrə 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq, 100 kq, yunan-Roma güləşi üzrə isə 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq və 100 kq çəki dərəcələrində idmançılar mübarizə aparıblar.
I, II, III, IV və V yerləri tutmuş idmançılar oktyabrın axırlarında keçiriləcək Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirində iştirak etməyə hüquq qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB