Jurnalistlər millimizin məşqinə buraxılmadılar-FOTOLAR

Jurnalistlər millimizin məşqinə buraxılmadılar-FOTOLAR
Oktyabrın 11-də AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyənin qonağı olacaq Azərbaycan millisi qarşıdakı oyuna hazırlıqlarını qardaş ölkədə davam etdirir. Siasport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, ötən gecə millimiz oyunun keçiriləcəyi "Türk Telekom Arena"da məşqə çıxıb. Məşqi izləməyə həm türkiyəli, həm də azərbaycanlı jurnalistlər təşrif buyursa da, onlara belə fürsət verilməyib. Arena rəhbərliyi qələm əhlinə sadəcə bir tribunadan məşqi izləmək imkanı yaradıb. Berti Foqtsun yetirmələri isə məşqi yağışlı havada keçməli olub. Çünki ötən gün İstanbulda yağmurlu hava müşaiyət olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə