Yığmamız rumıniyalı həmyaşıdları ilə qarşılaşacaq

Yığmamız rumıniyalı həmyaşıdları ilə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 18:00-da, İsveçin Falkenberq şəhərindəki eyniadlı stadionda Rumıniya – Azərbaycan oyunu keçiriləcək. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanı Mark Stiven Uitbi (Uels) idarə edəcək.

Xatırladaq ki, yığmamız oktyabrın 6-da turnirdə keçirdiyi ilk oyunda isveçli həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə