Millimizin Türkiyədə açıq məşqi və mətbuat konfransı keçiriləcək

Millimizin Türkiyədə açıq məşqi və mətbuat konfransı keçiriləcək

Sabah yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00), İstanbul şəhərindəki Türk Telekom Arenada Azərbaycan milli komandası ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaq. Siasport.az xəbər verir ki, oktyabrın 10-da, yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 16:00), İstanbul şəhərindəki "Mövenpick Hotel & Resorts"un "Caramelita" zalında Azərbaycan millisinin oyunqabağı mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, millimiz Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də, İstanbul şəhərindəki Türk Telekom Arenada Türkiyə yığması ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə