Mehman Allahverdiyev: “Hazırda Premyer Liqada zəif komanda yoxdur"-AÇIQLAMA
"Kəpəz" Peşəkar Futbol Klubu Azərbaycan Premyer Liqasında yaranmış fasilədə bir neçə yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Siasport.az saytı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mehman Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, artıq intensiv məşqləri bərpa edən komanda oktyabrın 10-da Şəmkirdə baş tutacaq yoxlama oyununda Tovuzun "Turan" klubu ilə qarşılaşacaq.
Növbəti turda səfərdə "Qəbələ" klubu ilə oyun barədə fikrini bildirən təcrübəli məşqçi qarşılaşmanın çətin və maraqlı olacağını qeyd edib: "Hazırda Premyer Liqada zəif komanda yoxdur. Bütün klublar meydana qələbə əzmi ilə çıxır. Biz də "Qəbələ" ilə oyunun asan olmayacağını bilirik. Lakin, futbolçularımın qalib gəlmək üçün 90 dəqiqə meydanda vuruşacaqlarına inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB