"Fabio Kapellodan sonra İngiltərə yığmasına mütləq ingilis başçılıq etməlidir1"

"Fabio Kapellodan sonra İngiltərə yığmasına mütləq ingilis başçılıq etməlidir1"
Uzun müddətdir ki, ingilis mətbuatının futbol üzrə İngiltərə millisinin italyan baş məşqçisi Fabio Kapellonu istefaya göndərmək üçün apardığı təbliğat, deyəsən öz bəhrəsini verir. Siasport.az saytı xəbər verir ki, artıq italyan baş məşqçi də Avro-2012-nin finalından sonra İngiltərə millisi ilə yollarını ayıracağını ilk dəfə dünən İtalyan mətbuatına verdiyi açıqlamada bəyan edib. F.Kapello, məşqçilik koryerasını daha çox vətənində davam etdirmək istədiyini də dilə gətirib.
Onun bu açıqlaması isə Londonda məmnunluqla qarşılanıb. Belə ki, "Liverpul"un keçmiş ulduz futbolçusu olan Jamie Carragher bildirib ki, F.Kapellodan sonra futbol üzrə İngiltərə millisinə mütləq ingilis mütəxəssis başçılıq etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə