Çinli, koreyalı, ingiltərəli və kubalı boksçular dünya çempionatının finalına vəsiqə qazanıblar

Çinli, koreyalı, ingiltərəli və kubalı boksçular dünya çempionatının finalına vəsiqə qazanıblar
Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə XVI dünya çempionatı davam edir.
Siasport.az saytı xəbər verir ki, mundialda 48 kq çəki dərəcəsində mübarizə aparan çinli Şiminq Zou David Ayrapetyanı (Rusiya), koreyalı Jonq Hun Şin Serdamba Purevdorju (Monqolustan), 56 kq-da yarışan ingiltərəli Luk Kampbell Con Coe Kevini (İrlandiya) və kubalı Lazaro Alvarez isə Anvar Yunusovu (Tacikistan) məğlub edərək çempionatın final mərhələsinə yüksəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə