Yeniyetmə və gənc güləşçilər AGF tərəfindən mükafatlandırılıb-FOTOREPORTAJ

Yeniyetmə və gənc güləşçilər AGF tərəfindən mükafatlandırılıb-FOTOREPORTAJ

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi 2011-ci ildə yeniyetmələr və gənclər arasında keçirilən Avropa və Dünya birinciliklərində medal qazanmış idmançıları, onların məşqçilərini mükafatlandırıb. Siasport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən federasiyanın 1-ci vitse-prezidenti Namiq Əliyev deyib ki, hazırda ölkəmizdə yeni güləşçi nəsli yetişir və onların hər biri əsas yığma komandada istənilən idmançını əvəzləmək iqtidarındadır: "Bizim əsas hədəfimiz London Yay Olimpiya Oyunlarında bütün çəki dərəcələrində təmsil olunmaqdır və bu mənada gələn il keçiriləcək lisenziya turnirləri arasındakı vaxt azlığını nəzərə alsaq, o zaman sizin hər birinizin bu yarışlarda iştirak imkanınız var". N.Əliyev bunun üçün güləşçilərin öz üzərlərində səylə çalışmalarının vacibliyini vurğulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə