"Sumqayıt Şəhər" hazırlığını davam etdirir

"Sumqayıt Şəhər" hazırlığını davam etdirir

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Bakı"nı qəbul edəcək "Sumqayıt Şəhər" hazırlığını davam etdirir. Siasport.az saytı xəbər verir ki, heyətdə yer alan zədəli futbolçulardan Aqil Məmmədov sağalıb və məşqlərə qatılır. Zədəli futbolçulardan Rəşad Kərimov və Orxan Həsənov isə fərdi məşqlərlə kifayətlənir.

"Zədəmi sağaltmışam, üç gündür komanda ilə məşq edirəm. Ümid edirəm ki, "Bakı" ilə qarşılaşmaya qədər tam hazır olacağam", - deyə Aqil Məmmədov açıqlama verib.

Qeyd edək ki, komandanın 8 üzvü – Andriy Popoviç, Ruslan Tağızadə, Emin Mustafayev, Kamil Nurəhmədov, Ruslan Qurbanov, Bədavi Hüseynov, Samir Yusifov və Hacı Əhmədov milli komandaların düşərgəsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə