Kubok uğrunda 22 komanda mübarizə aparacaq

Kubok uğrunda 22 komanda mübarizə aparacaq

2011/2012-ci il mövsümü Azərbaycan kuboku uğrunda 22 komanda mübarizə aparacaq. Siasport.az saytı xəbər verir ki, ənənəvi qayda üzrə keçiriləcək yarışda Azərbaycan Premyer Liqasından 12, I Diviziondan isə 10 komanda iştirak edəcək. Azərbaycan kubokunda iştirak edəcək komandalar aşağıdakılardır:

"Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", AZAL, "İnter", "Bakı", "Qəbələ", "Kəpəz", "Turan", "Rəvan", "Simurq", "Sumqayıt Şəhər", "Muğan", "Bakılı", "Qaradağ Lökbatan", "Şahdağ", "Karvan", "Neftçala", "Göyəzən", "Şuşa", "Tərəqqi", "Lokomotiv".

Qeyd edək ki, püşkatmaya əsasən müəyyən ediləcək cütlüklər Azərbaycan kubokunun 1/4 final mərhələsinədək öz aralarında yalnız bir görüş keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə