Futbol üzrə Türkiyə millisinin və İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Sərvət Çətin, bu gün axşam İstanbulda qarşılaşacaqları Almaniya millisinə meydan oxuyub. Siasport.az saytı xəbər verir ki, S.Çətin türkiyəli jurnalistlərə bildirib ki, Berlində 0:3 hesabı ilə uduzduqları qarşılaşmadan tam fərqli olaraq azarkeşlər bu gün axşam meydanda olduqca güclü və əzmkar Türkiyə millisini görəcəklər: "İndi hər kəs bizim bu axşam meydanda almanlara qarşı hansı oyun sistemi sərgiləyəcəyimizi maraqla gözləyirlər. Amma qəti olaraq bir şeyi deyə bilərəm ki, bu axşam əzmkar və meydanın hər qarışı uğrunda mübarizə aparacaq bir türk komandası meydanda olacaq. Berlində almanlara 0:3 hesabı ilə uduzan Türkiyə millsindən bu gün əsər-əlamət qalmayacaq. Bizim artıq itirəsi heç nəyimiz qalmayıb. Azərbaycan və Almaniya qarşılaşmalarını qələbə ilə başa vurub Avro-2012-yə qoşulacayıq"-deyə S.Çətin fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB