"Rəvan" klubu bir müddət əvvəl komandanın uğursuz çıxışlarıyla əlaqədar olaraq baş məşqçi Bəhmən Həsənovu postundan uzaqlaşdırdı. Onun əvəzinə komandanın baş məşqçisi postuna klubun idman direktoru Vladislav Qədirov gətirildi. Siasport.az saytı xəbər verir ki, mundial.az-a kluba yaxın mənbələrdən yeni məlumat daxil olub. Məlumatda bildirilib ki, klub rəhbərliyi baş məşqçi postu üçün 2 yerli mütəxəssislə danışıqlar aparır. Danışıqlar apardığı məşqçilərdən biri Şahin Diniyev, digəri isə İqor Ponamaryovdu. Bu məqşçilərdən biri "Rəvan"ın yeni baş məşqçisi ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB