Oliver Kann deputat olmaq istəyir

Oliver Kann deputat olmaq istəyir
Almaniya futbolunun canlı əfsanələrindən sayılan qapıçı Oliver Kann, Almaniya Bundestaqında əyləşmək və siyasətlə məşgul olmaq qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, ötənlərin məşhur qolkiperi, Almaniyanın nüfuzlu və çoxtirajlı \"Şpigel\" jurnalına verdiyi açıqlamasında, artıq siyasətə baş vurmaq üçün qərar aldığını deyib. Son vaxtlar bir sıra futbol ulduzlarının siyasətə meyl etməsi daha çox müşahidə olunur. Elə qardaş Türkiyədə, \"Qalatasaray\"ın və türk futbolunun canlı əfsanəsi sayılan Hakan Şükürün hakim Ədalət və İnkişaf Partiyasının xətti ilə deputat seçilməsi buna nümunədir. Görünür O.Kann da özünü siyasətdə sınamaq qərarına gəlib. Məşhur qapıçı Almaniya Bundestaqına keçiriləcək seçkilərdə Almaniya Xristian İttifaqı Partiyasının namizədləri siyahısında yer almağı düşünür: \"Mənə bu partiyanın siyahısı üzrə parlamentə seçilmək barədə təklif daxil olub. Doğrusu, mənim özüm də deputat kimi fəaliyyət göstərmək, qanunvericilik təşəbbüslərində iştirak etmək və ən əsası Almaniyada idmanın daha da inkişaf etməsi üçün yeni hüquqi bazanın yaadılmasına çalışmaq istəyirəm. Əminəm bu niyyətim gerçəkləşər\"-deyə O.Kann fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə